Rusiyada helikopter qəzaya uğrayıb, ölənlər var

Rusiyada helikopter qəzaya uğrayıb, ölənlər var
# 24 iyun 2021 23:35 (UTC +04:00)

Rusiyanın Leninqrad vilayətində “Mi-8” tipli helikopterin qəzaya uğraması nəticəsində 3 heyət üzvü ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Qvardiyası Şimal-Qərb dairəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, helikopter təlim uçuşu həyata keçirirmiş.

Hadisə yerinə yanğın və xilasetmə bölmələri cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR