Rusiyada heyvanların COVID-19-a qarşı vaksinasiyasına başlanılıb

Rusiyada heyvanların COVID-19-a qarşı vaksinasiyasına başlanılıb
# 26 may 2021 19:46 (UTC +04:00)

Rusiyada heyvanların yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiyasına başlanılıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında “Rosselxoznadzor” rəhbərinin müşaviri Yuliya Melano bildirib.

“Rusiyanın bir sıra regionlarında baytar klinikaların bazasında ev heyvanlarının COVID-19 əleyhinə vaksinasiyasına başlanılıb. Vaksinasiyanı heyvanların sağlamlığının mühafizəsi üzrə Federal Mərkəzin istehsal etdiyi peyvənd preparatının göndərildiyi özəl və dövlət klinikaları həyata keçirir”, deyə Y. Melano vurğulayıb .

Qeyd edək ki, rusiyalı alimlər tərəfindən hazırlanan heyvanların koronavirus əleyhinə vaksin preparatı “Karnivak-Kov” adlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR