Rusiyada ilk dəfə Atalar Günü qeyd olunur

Rusiyada ilk dəfə Atalar Günü qeyd olunur
# 17 oktyabr 2021 07:14 (UTC +04:00)

Bu gün Rusiyada ilk dəfə olaraq Atalar Günü qeyd edilir.

APA TASS-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin 4 oktyabr 2021-ci il tarixli fərmanına əsasən, ailə institutunu gücləndirmək və uşaqların tərbiyəsində atanın əhəmiyyətini artırmaq üçün Atalar Günü təsis edilib.

“Rosstat”ın məlumatına görə, Rusiya Federasiyasında kişilərin sayı 68,1 milyon və ya əhalinin 46,4 %-ni təşkil edir.

Eyni zamanda, kişilərin 43,2 milyonu əmək qabiliyyətli, 10,9 milyonu əməkqabiliyyətli yaş qrupundan yuxarı, 14 milyonunu isə 15 yaşdan aşağıdır.

Son siyahıyaalmaya görə, Rusiyada 17,3 milyondan çoxuşaqlı ailə var. Onlardan 11,6 milyonunu hər iki valideyni olan ailələr, 5 milyonunu tək anası ilə yaşayan ailələr, 648 minini tək atası ilə yaşayan ailələr təşkil edir.

Eyni zamanda, 11,6 milyon ailədə bir uşaq, 4,6 milyon ailədə iki uşaq, 775 min ailədə üç uşaq və 229,8 min ailədə dörd və ya daha çox uşaq böyüyür.

Qeyd edək ki, fərmana əsasən, hər il oktyabr ayının üçüncü bazar günü sözügedən əlamətdar gün qeyd ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR