Rusiyada itkin düşən doqquz yaşlı qızın meyiti tapılıb

Rusiyada itkin düşən doqquz yaşlı qızın meyiti tapılıb
# 19 oktyabr 2021 01:22 (UTC +04:00)

Rusiyanın Voloqda vilayətində axtarışda olan doqquz yaşlı qızın meyiti tapılıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

Qeyd edək ki, 2012-ci il təvəllüdlü qız oktyabrın 16-da səhər saat 10 radələrində evdən çıxıb geri qayıtmayıb.

İstintaq Komitəsinin regional şöbəsi hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinə uyğun olaraq cinayət işi açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR