Rusiyada “KamAZ”la minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb

Rusiyada “KamAZ”la minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb
# 12 sentyabr 2021 00:24 (UTC +04:00)

Rusiyanın Saratov vilayətində biri uşaq olmaqla, 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Puqaçov-Perelyub avtomagistralının 2-ci kilometrində “Lada Granta” markalı avtomobillə “KamAZ” markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində, minik maşının sürücüsü, 2014-cü il təvəllüdlü uşaq olmaqla 2 sərnişin hadisə yerində dünyasını dəyişib.

Regional Yol Polisi İdarəsindən bildirilib ki, hadisənin başvermə səbəbləri aydınlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR