Rusiyada kimya zavodunda baş vermiş yanğın zamanı ölüm sayı 4-ə çatıb

Rusiyada kimya zavodunda baş vermiş yanğın zamanı ölüm sayı 4-ə çatıb
# 02 avqust 2021 05:14 (UTC +04:00)

Rusiyanın Rostov vilayətində, "Kamenski" kimya zavodunda baş verən yanğında ölənlərin sayı 4 nəfərə çatıb.

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə regionun qanunverici orqanının sədri Aleksandr İşenko bildirib.

"Kamenski" kimya zavodunda baş verən qəza və yanğın nəticəsində 4 nəfər ölüb. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm", - deyə sədr "Facebook" səhifəsində yazıb.

O əlavə edib ki, həkimlər hazırda digər yaralıların müalicəsi üçün çalışırlar.

Qeyd edək ki, ölkənin Sənaye və Ticarət Nazirliyi buna qədər müəssisənin qəlibləmə sexində baş vermiş yanğın nəticəsində 7 nəfərin xəsarət aldığını, daha sonra onlardan birinin xəstəxanada öldüyünü bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR