Rusiyada koronavirusa gündəlik yoluxma və ölüm sayı artır

Rusiyada koronavirusa gündəlik yoluxma və ölüm sayı artır
# 03 iyul 2021 12:28 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 24 439 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 585 799 nəfərə çatıb.

Son sutka ərzində 697 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 137 262 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransadan sonra beşinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR