Rusiyada koronavirusa yoluxanların sayı 6 milyonu keçib

Rusiyada koronavirusa yoluxanların sayı 6 milyonu keçib
# 20 iyul 2021 12:23 (UTC +04:00)

Rusiyada koronavirusa yoluxanların sayı 6 milyonu keçib.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Rusiyada koronavirusla mübarizə üzrə operativ qərargahın məlumatında bildirilib. Qeyd olunub ki, Rusiyanın 85 regionunda son sutkada 23770 yeni yoluxma olub.

Son 24 saatda Rusiyada 784 nəfər koronavirusdan dünyasını dəyişib. Ümumilikdə bu ölkədə koronavirusdan ölənlərin sayı 149 922 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR