Rusiyada koronavirusdan ölənlərin sayı 119 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 119 mini ötüb
# 25 may 2021 12:19 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 7884 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, ölkədə COVID-19-a yoluxanların sayı 5 017 795 nəfərə çatıb.

Son sutka ərzində 393 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə Rusiyada koronavirusdan ölənlərin sayı 119 194 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR