Rusiyada koronavirusdan ölənlərin sayı 120 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 120 mini ötüb
# 27 may 2021 12:33 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 9039 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 035 207 nəfərə çatıb.

Son sutka ərzində 402 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 120 002 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR