Rusiyada koronavirusdan ölənlərin sayı 123 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 123 mini ötüb
# 06 iyun 2021 12:45 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 9163 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 126 437 nəfərə çatıb.

Son sutka ərzində 351 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 123 787 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR