Rusiyada koronavirusdan ölənlərin sayı 124 mini ötüb 

Rusiyada koronavirusdan ölənlərin sayı 124 mini ötüb 
# 07 iyun 2021 12:39 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 9429 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 5 135 866 nəfərə çatıb.

Son sutka ərzində 330 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 124 117 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR