Rusiyada koronavirusdan ölənlərin sayı 130 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 130 mini ötüb
# 22 iyun 2021 12:26 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 16 715 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 350 919 nəfərə çatıb.

Son sutka ərzində 546 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 130 347 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR