Rusiyada koronavirusdan ölənlərin sayı 135 mini keçib

Rusiyada koronavirusdan ölənlərin sayı 135 mini keçib
# 30 iyun 2021 12:36 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 21 042 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 514 599 nəfərə çatıb.

Son sutka ərzində 669 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 135 214 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR