Rusiyada koronavirusdan ölənlərin sayı 140 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 140 mini ötüb
# 07 iyul 2021 12:09 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 23 962 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 5 682 634 nəfərə çatıb.

Son sutka ərzində 725 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 140 041 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR