Rusiyada koronavirusdan ölənlərin sayı 159 352  nəfərə çatıb

Rusiyada koronavirusdan ölənlərin sayı 159 352  nəfərə çatıb
# 01 avqust 2021 12:32 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 22 804 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 6 288 627 nəfərə çatıb.

Son sutka ərzində 789 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 159 352 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR