Rusiyada koronavirusdan ölənlərin sayı 162 mini ötüb 

Rusiyada koronavirusdan ölənlərin sayı 162 mini ötüb 
# 05 avqust 2021 12:06 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 23 120 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 6 379 904 nəfərə çatıb.

Son sutka ərzində 794 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə ölkədə COVID-19-dan ölənlərin sayı 162 509 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR