Rusiyada koronavirusdan ölənlərin sayı 190 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 190 mini ötüb
# 09 sentyabr 2021 12:41 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 18 380 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 7 084 284 nəfərə çatıb.

Son sutka ərzində 794 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 190 376 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR