Rusiyada koronavirusdan ölənlərin sayı 191 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 191 mini ötüb
# 10 sentyabr 2021 12:32 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 18 341 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, ölkədə COVID-19-a yoluxanların sayı 7 102 625 nəfərə çatıb.

Son sutka ərzində Rusiyada 789 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə ölkədə bu virusdan ölənlərin sayı 191 165 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya COVID-19-a yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR