Rusiyada koronavirusdan ölənlərin sayı 193 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 193 mini ötüb
# 13 sentyabr 2021 12:38 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 18 178 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 7 158 148 nəfərə çatıb.

Son sutka ərzində 719 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 193 468 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR