Rusiyada koronavirusdan ölənlərin sayı 200 min nəfərə çatır

Rusiyada koronavirusdan ölənlərin sayı 200 min nəfərə çatır
# 19 sentyabr 2021 12:51 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 20 174 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, ölkədə COVID-19-a yoluxanların sayı 7 274 928 nəfərə çatıb.
Son sutka ərzində 793 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə Rusiyada bu virusdan ölənlərin sayı 198 218 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR