Rusiyada koronavirusdan ölənlərin sayı 230 600 nəfərə çatıb

Rusiyada koronavirusdan ölənlərin sayı 230 600 nəfərə çatıb
# 24 oktyabr 2021 12:19 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 35 660 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 241 643 nəfərə çatıb.

Son sutka ərzində 1072 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 230 600 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR