Rusiyada koronavirusdan ölüm sayında növbəti rekord qeydə alınıb 

Rusiyada koronavirusdan ölüm sayında növbəti rekord qeydə alınıb 
# 26 oktyabr 2021 12:33 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 36 446 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 316 019 nəfərə çatıb.

Son sutka ərzində 1 106 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu, pandemiya başlayandan Rusiyada bir gün ərzində koronavirusdan ölüm sayında yeni rekorddur.

Ümumilikdə, Rusiyada bu virusdan ölənlərin sayı 232 775 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR