Rusiyada məktəblərdə dərslər əyani formatda keçiriləcək

Rusiyada məktəblərdə dərslər əyani formatda keçiriləcək
# 19 avqust 2021 15:10 (UTC +04:00)

Rusiyada təhsil müəssisələri pandemiya ilə əlaqədar verilən bütün tələbləri yerinə yetirməyə hazırdır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Uşaq Ombudsmanı Anna Kuznetsova bildirib.

"Biz maarif naziri ilə bu günlərdə görüşdük və razılaşdıq ki, təhsil ilinin əvvəlində heç bir distant təhsil olmayacaq. Sentyabrın 1-dən bütün uşaqlar məktəbə gedəcəklər”, - deyə Rusiya Prezidenti yanında uşaqların hüquqları üzrə səlahiyyətli nümayəndə vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR