Rusiyada məktəblilər məcburi peyvəndə cəlb edilməyəcək

Rusiyada məktəblilər məcburi peyvəndə cəlb edilməyəcək
# 04 sentyabr 2021 04:18 (UTC +04:00)

“Peyvənd olunmayan şagirdlərin dərslərə buraxılmamasından söhbət gedə bilməz”.

APA xəbər verir ki, bu barədə Rsiya Təhsil Nazirliyinin yaydığı məlumat bildirilib.

Qeyd edilib ki, həmçinin, 18 yaşına çatmış şagirdlər koronavirus infeksiyasına qarşı məcburi peyvənd edilməyəcək.

Təhsil nazirinin birinci müavini Aleksandr Buqaev bildirib ki, peyvənd olunmamış məktəblilərin dərslərə buraxılmaması məsələsi də gündəmdə yoxdur: "Heç kim uşaqları peyvən olunmağa məcbur etməyəcək, bunu məsuliyyətlə sizə bildiririk. Əlbəttə ki, bu məsələ hətta gündəmdə belə deyil”.

Nazir müavini əlavə edib ki, hazırda məktəblərdə müəllimlərin əhəmiyyətli bir hissəsi peyvənd edilib və bu, çox sevindirici haldır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR