Rusiyada mikroavtobus idarəetmədən çıxaraq qəza törədib, ölən və yaralananlar var - FOTO

Rusiyada mikroavtobus idarəetmədən çıxaraq qəza törədib, ölən və yaralananlar var - FOTO
# 21 avqust 2021 00:20 (UTC +04:00)

Rusiyanın Rostov vilayətində mikroavtobus minik avtomobili ilə toqquşub, hadisə nəticəsində sərnişinlərdən bir qadın ölüb, 12 nəfər yaralanıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə hallar xidməti məlumat yayıb.

İlkin məlumata görə, Salski rayonunda qeydə alınan hadisəyə avtobusun yaş yolda sürüşərək idarəetmədən çıxması səbəb olub.

Qəzada yaralananların hamısı müayinə üçün yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR