Rusiyada mikroavtobus yük maşını ilə toqquşub, ölənlər var

Rusiyada mikroavtobus yük maşını ilə toqquşub, ölənlər var
# 21 sentyabr 2021 03:00 (UTC +04:00)

Rusiyanın Rostov vilayətində içərisində 17 sərnişin olan mikroavtobus qəzaya uğrayıb, nəticədə iki nəfər ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “MVD Media” saytı məlumat yayıb.

İlkin məlumata görə, Novoşaxtinskdə “Volvo” markalı yük maşınının sürücüsü idarəetməni itirərək “Mercedes” markalı sərnişin mikroavtobusu ilə toqquşub. Yük maşınının sürücüsünün sərxoş olduğu bildirilir.

“Qəza nəticəsində mikroavtobusun iki sərnişini aldıqları xəsarətdən hadisə yerində ölüb. Mikroavtobusda olan daha üç nəfər də xəsarət alıb”, - məlumatda belə deyilir.

Bütün yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR