Rusiyada miqrant taksi sürücüsü adam öldürməkdə ittiham olunub

Rusiyada miqrant taksi sürücüsü adam öldürməkdə ittiham olunub
# 24 may 2021 00:32 (UTC +04:00)

Rusiyada taksi fəaliyyəti ilə məşqul olan Tacikistan vətəndaşına qarşı cinayət işi açılıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, miqrant sürücü ilə Sankt-Peterburqda yolda digər bir vətəndaş arasında qarşıdurma yaranıb.

Tacikistan vətəndaşı mübahisə etdiyi şəxsi öldürməkdə günahlandırılaraq həbs olunması ilə bağlı qərar verilib.

Rusiyanın İstintaq Komitəsinin Sankt-Peterburqda yerləşən istintaq orqanı 24 yaşlı Tacikistan vətəndaşı barəsində Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ilə (qətl) cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR