Rusiyada qatar ananın yanında arabada olan körpəsini vuraraq öldürüb

Rusiyada qatar ananın yanında arabada olan körpəsini vuraraq öldürüb
# 17 oktyabr 2021 05:21 (UTC +04:00)

Rusiyanın Leninqrad vilayətində qatar ananın yanında arabada olan körpəsini vuraraq öldürüb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Bölgələrarası İstintaq İdarəsi hadisənin Popovka şəhərinin stansiyası yaxınlığında baş verdiyini bildirib.

İstintaq İdarəsinin məlumatında qeyd edilib ki, 1994-cü il təvəllüdlü ana xəbərdaredici qırmızı işığa məhəl qoymayaraq arabada olan körpəsi ilə dəmir yolu xəttini keçməyə çalışıb. Ananın qulağında qulaqcıq olduğundan hərəkətdə olan qatarın səsini eşitməyib. Sürətlə gələn qatar içərisində körpə olan arabanı vurub, azyaşlı dünyasını dəyişib.

Hadisə ilə bağlı cinayət işi (ehtiyatsızlıqdan ölümə səbəb olduqda) açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR