Rusiyada qəzaya uğramış sərnişin təyyarəsinin qalıqları tapılıb - YENİLƏNİB-1

Rusiyada qəzaya uğramış sərnişin təyyarəsinin qalıqları tapılıb - YENİLƏNİB-1
# 06 iyul 2021 14:04 (UTC +04:00)

Xilasedicilər Kamçatkada qəzaya uğrayan An-26 təyyarəsinin qalıqlarını aşkar ediblər.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Federal Hava Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd olunub ki, qalıqlar aeroportdan 3,8 km uzaqlıqda, Palana qəsəbəsinin yaxınlığında tapılıb.

Təyyarə Petropavlovsk-Kamçatkadan Palana qəsəbəsinə uçuş yerinə yetirərkən eniş zamanı radarlardan itib.

Ehtimala görə, təyyarə təpəyə çırpılıb. Qəza nəticəsində sağ qalanların olmadığı bildirilir.

Landşaftın xarakteri axtarışların aparılmasını çətinləşdirir.

***

11.17

Xilasedicilər Kamçatkada An-26 təyyarəsinin qəzaya uğradığı yeri müəyyənləşdiriblər.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, təyyarənin dənizə düşdüyü ehtimal edilir.

Sərnişinlər arasında Palana qəsəbəsinin rəhbərliyindən 4 nəfər də var.

***

09.51

Rusiyada sərnişin təyyarəsi radardan itib.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, Petropavlovskdan Kamçatkanın Palana qəsəbəsinə uçuş həyata keçirən An-26 sərnişin təyyarəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Məlumata görə, təyyarədə 6 ekipaj üzvü və 23 sərnişin var. Onlardan 2-si uşaqdır.

Hadisə bölgəsinə axtarış-xilasetmə qrupu göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR