Rusiyada qəzaya uğramış "Su-24" təyyarəsinin pilotları sağ-salamat tapılıb - YENİLƏNİB

Rusiyada qəzaya uğramış "Su-24" təyyarəsinin pilotları sağ-salamat tapılıb - YENİLƏNİB
# 27 avqust 2021 18:48 (UTC +04:00)

Rusiyanın Perm diyarında qəzaya uğramış Su-24 təyyarəsinin ekipajı tapılıb.

APA-nın məlumatına görə, xilasetmə xidmətindəki mənbə TASS-a bildirib ki, hər iki təyyarəçi sağdır, həyatları üçün heç bir təhlükə yoxdur.

***

18.21

Rusiyada “Su-24” bombardmançı təyyarəsi qəzaya uğrayıb.

APA-nın Moskva müxbirinin yerli KİV-ə istinadən verdiyi məlumata görə, təyyarə qəzası Perm vilayəti ətrafında baş verib.

“Su-24” bombardmançı təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.

Hazırda “Su-24”-ün katapult edən iki ekipaj üzvünün axtarışları aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR