Rusiyada qəzaya uğramış təyyarədə olanların hamısı həlak olub

Rusiyada qəzaya uğramış təyyarədə olanların hamısı həlak olub
# 23 sentyabr 2021 13:33 (UTC +04:00)

Sentyabrın 22-də Rusiyanın Xabarovsk diyarında qəzaya uğramış An-26 təyyarəsinin göyərtəsində olan altı nəfərin hamısı həlak olub.

APA-nın məlumatına görə, bu barədə TASS-a xilasetmə xidmətindən bildirilib.

Qeyd olunub ki, qəza yerində həlak olanların cəsədlərinin qalıqları tapılıb.

Xilasetmə qüvvələri və istintaq qrupu hadisə yerində fəaliyyətini davam etdirir.

Qeyd edək ki, təyyarə dünən radarlardan itmiş, daha sonra qəzaya uğradığı açıqlanmışdı. Ehtimal olunur ki, təyyarə yaxınlıqdakı qoruq ərazisində təpəyə dəyərək qəzaya uğrayır.

Araşdırmalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR