Rusiyada qəzaya uğrayan hərbi nəqliyyat təyyarəsi tamamilə yanıb - HADİSƏ ANI

Rusiyada qəzaya uğrayan hərbi nəqliyyat təyyarəsi tamamilə yanıb - HADİSƏ ANI
# 17 avqust 2021 14:48 (UTC +04:00)

Moskva vilayətinin Kubinka rayonunda qəzaya uğrayan İL-112V hərbi nəqliyyat təyyarəsi tamamilə yanıb.

APA nın Moskva müxbirinin TASS-a istinadən verdiyi məlumata görə, bu barədə hüquq mühafizə orqanlarından bildirilib.

"Təyyarə parçalanıb və tamamilə yanıb. Hazırda yanğının tam söndürülməsi işi aparılır", - deyə qeyd olunub.

Hüquq-mühafizə orqanlarındakı mənbə təyyarənin ekipajının sağ mühərrikdə yanğın olduğunu məruzə edə bildiyini söyləyib.

Qeyd edək ki, bu gün Moskva vilayətinin Kubinka aerodromu yağınlığında Rusiyanın İL-112V hərbi nəqliyyat təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

Qəza nəticəsində üç ekipaj üzvü həlak olub. Qəzaya sağ mühərrikdə baş verən yanğının səbəb olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR