Rusiyada son sutka ərzində 822 nəfər koronavirusdan ölüb

Rusiyada son sutka ərzində 822 nəfər koronavirusdan ölüb
# 25 sentyabr 2021 12:49 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 22 041 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 7 398 415 nəfərə çatıb.

Son sutka ərzində 822 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 203 095 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR