Rusiyada son sutka ərzində koronavirusdan 749 nəfər ölüb

Rusiyada son sutka ərzində koronavirusdan 749 nəfər ölüb
# 11 iyul 2021 12:35 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 25 033 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 783 333 nəfərə çatıb.

Son sutka ərzində 749 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 143 002 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR