Rusiyada son sutkada 14 057 nəfər COVID-19-a yoluxub, 416 nəfər ölüb

Rusiyada son sutkada 14 057 nəfər COVID-19-a yoluxub, 416 nəfər ölüb
# 17 iyun 2021 12:52 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 14 057 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 264 047 nəfərə çatıb.

Son sutka ərzində 416 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 127 992 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR