Rusiyada son sutkada 17378 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 17378 nəfər koronavirusa yoluxub
# 21 iyun 2021 12:22 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 17 378 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, ölkədə COVID-19-a yoluxanların sayı 5 334 204 nəfərə çatıb.

Son sutka ərzində 440 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə Rusiyada bu virusdan ölənlərin sayı 129 801 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR