Rusiyada son sutkada 23543 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 23543 nəfər koronavirusa yoluxub
# 01 iyul 2021 12:43 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 23 543 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 538 142 nəfərə çatıb.

Son sutka ərzində 622 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 135 836 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR