Rusiyada son sutkada 9500 nəfər COVID-19-a yoluxub

Rusiyada son sutkada 9500 nəfər COVID-19-a yoluxub
# 01 iyun 2021 12:48 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 9500 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 081 417 nəfərə çatıb.

Son sutka ərzində 372 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 121 873 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR