Rusiyada son sutkada COVID-19-dan rekord sayda - 968 ölüm qeydə alınıb

Rusiyada son sutkada COVID-19-dan rekord sayda - 968 ölüm qeydə alınıb
# 09 oktyabr 2021 12:49 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 29 362 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiyada COVID-19-a yoluxanların sayı 7 746 718 nəfərə çatıb.

Rusiyada pandemiya dövründə indiyə kimi koronavirusdan ən çox ölüm halı qeydə alınıb. Belə ki, son sutka ərzində 968 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 215 453 nəfərə çatıb.

Qeyd edək ki, bu, pandemiya başlayandan Rusiyada koronavirusdan gündəlik ölüm sayında yeni rekorddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR