Rusiyada son sutkada daha 9289 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada daha 9289 nəfər koronavirusa yoluxub
# 29 may 2021 12:03 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 9289 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 5 053 748 nəfərə çatıb. Son sutka ərzində 401 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 120 807 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR