Rusiyada son sutkada koronavirusdan 392 nəfər ölüb

Rusiyada son sutkada koronavirusdan 392 nəfər ölüb
# 13 may 2021 12:19 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8380 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 913 439-a çatıb.

Son sutka ərzində 392 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 114 723 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR