Rusiyada son sutkada koronavirusdan 404 nəfər ölüb

Rusiyada son sutkada koronavirusdan 404 nəfər ölüb
# 28 may 2021 12:26 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 9252 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 044 459 nəfərə çatıb.

Son sutka ərzində 404 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 120 406 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR