Rusiyada son sutkada koronavirusdan 796 nəfər ölüb 

Rusiyada son sutkada koronavirusdan 796 nəfər ölüb 
# 11 sentyabr 2021 12:44 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 18 891 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 7 121 516 nəfərə çatıb.

Son sutka ərzində 796 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 191 961 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR