Rusiyada son sutkada koronavirusdan 962 nəfər ölüb

Rusiyada son sutkada koronavirusdan 962 nəfər ölüb
# 10 oktyabr 2021 12:24 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 28 647 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 7 775 365 nəfərə çatıb.
Son sutka ərzində 962 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 216 415 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Hindistan, Türkiyə, Braziliyadan sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR