Rusiyada son sutka ərzində daha 19 630 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 6 824 540 nəfərə çatıb.
Son sutka ərzində 820 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 179 243 nəfərə çatıb.