Rusiyada son sutkada koronavirusdan rekord sayda ölüm olub

Rusiyada son sutkada koronavirusdan rekord sayda ölüm olub
# 10 iyul 2021 12:34 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 25 082 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 758 300 nəfərə çatıb.

Son sutka ərzində 752 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu, pandemiya başlayandan sutkalıq ölüm sayında rekord sayılır.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 142 253 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR