Rusiyada son sutkada koronavirusdan rekord sayda ölüm olub

Rusiyada son sutkada koronavirusdan rekord sayda ölüm olub
# 29 sentyabr 2021 12:49 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 22 430 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 7 487 138 nəfərə çatıb.

Son sutka ərzində 857 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu, pandemiya başlayandan koronavirusdan ölüm halında maksimum həddir. Ümumilikdə koronavirusdan ölənlərin sayı 206 388 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR