Rusiyada son sutkada koronavirusdan rekord sayda ölüm qeydə alınıb

Rusiyada son sutkada koronavirusdan rekord sayda ölüm qeydə alınıb
# 02 iyul 2021 12:48 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 23 218 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 561 360 nəfərə çatıb.

Son sutka ərzində Rusiyada 679 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu, pandemiya dövründə ölkədə indiyə qədər qeydə alınan ən çox ölüm halıdır. Ümumilikdə Rusiyada COVID-19-dan ölənlərin sayı 136 565 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR