Rusiyada sürücü avtomobilində yanaraq dünyasını dəyişib

Rusiyada sürücü avtomobilində yanaraq dünyasını dəyişib
# 05 avqust 2021 07:17 (UTC +04:00)

Rusiyanın Başqırdıstan Respublikasında ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Miyakinski rayonunun Bogdanovo kəndi yaxınlığında qeydə alınıb.

“Lada Grant” avtomobilinin sürücüsü idarəetməni itirərək, maşını yol qırağındakı ağaca çırpıb. Zərbənin gücündən avtomobil alovlanıb. Yaşlı sürücü maşının içərisində yanaraq dünyasını dəyişib.

Hadisə ilə bağlı yol polisi araşdırmaya başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR